Hövzə Xəbər Agentliyinin İsfahan bölgəsindən verdiyi məlumata əsasən, Süni İntellekt: Fürsətlər, Təhlükələr və Mədəniyyət vəzifələri mövzusunda təlim toplantısı İsfahan əyalətinin qadın məsələləri üzrə müşavirləri və icra orqanlarının qadın Bəsic məntəqələrinin məsul şəxslərinin iştirakı ilə İsfahan şəhəri üzrə Qadınlar Hövzəsinin təşkilatçılığı ilə keçirildi. Tədbirdə Fələq Rayane Mədəniyyət Təşkilatının baş direktoru Hamid Kamal çıxış edib.
Kamal müəllim bu ixtisaslaşdırılmış görüşdə süni intellektin qlobal hesablamalardakı strateji mövqeyini izah edərək bildirib: Süni intellekt yalnız texnoloji bir vasitə deyil. O, yeni bir sivilizasiyanın əsasını qoyan bir mədəniyyətdir və əgər mədəniyyət sahəsi dini və əxlaqi baxımdan nəzarət altına alınmasa, İslam cəmiyyətlərinin kimliyini təhlükə altına qoyacaqdır.
O əlavə etdi: Bu texnologiya yaddaş, diqqət ,öyrənmə, emal sürəti və məntiqi birləşdirir.Hazırda tibb, təhsil, media, təhlükəsizlik və hətta incəsənət kimi sahələrə nüfuz etmişdir.
Kamal müəllim süni intellektin mətn və şəkil məzmunu yaratmaq, test dizaynı, məlumatların təhlili və söhbət tətbiqləri hazırlamaq kimi bəzi geniş istifadə olunan xüsusiyyətlərinə toxunaraq bildirdi: Ənənəvi bir çox peşələr dəyişiklik və ya aradan qalxma təhlükəsi ilə üz-üzədir. Hüquq, mühasibatlıq, müştəri xidmətləri və hətta təhsil kimi sahələr digərlərindən daha çox təsir altındadır.
O, əlavə etdi: Gərək elmi hövzələr, xüsusilə xanım tələbələr müasir bilik və bacarıqlar əldə etməklə bu fenomenin mədəni idarəçiliyində fəal rol oynasınlar. Texnoloji dəyişikliklərdə fəaliyyət göstərməmək, ölkənin mədəniyyət sahəsini təhlükə altına alacaq.
“Fələq Rayanə" Təşkilatının baş direktoru İmam Sadiq (ə) tərəfindən buyurulan bir hədisə istinad edərək bildirib ki, elm 27 hərfdən ibarətdir və bu günə qədər insanlara yalnız iki hərfi çatıb. O, vurğulayıb: Bizim vəzifəmiz texnologiyanı insanın kamilliyi və dinin möhkəmlənməsi üçün istifadə etməkdir. Onu iman və əxlaqı zəiflətmək məqsədilə işə salmaq deyil.
Kamal müəllim, həmçinin Kando, Hiter, Lexica.ir, Zipype və 096400 kimi İran və İslam mənşəli saytlar və alətləri təqdim edərək, tələbələrin və mədəniyyət sahəsində çalışan müəllimlərin süni intellektin faydalı və sağlam imkanları ilə daha yaxından tanış olmalarını tövsiyə etdi.
O, çıxışının sonunda “Süni intellekt dövrü hələ yenicə başlayıb” deyərək vurğulayıb: Əgər bu gün elm ocaqları, universitetlər və mədəniyyət müəssisələri bu sahəyə düzgün şəkildə daxil olmasalar sabah təkcə sivilizasiya quruculuğu karvanından geri qalmayacağıq həm də mədəniyyət, etiqad və kimlik sahələrində ciddi təhlükələrlə üz-üzə qalacağıq.
Xəbərin sonu
Rəyiniz